Ad:
Ölkə:
Müctəhid:
Sual:
(5076
Emil
Gürcüstann
Ayətullah Xameneyi
Müsafir üçün qəsrin vacib olması bütün vacibi namazlara aiddir, yoxsa bəzilərinə?
Cavab: Qəsr yalnız 4 rəkətli gündəlik namazlara (zöhr, əsr, xiftən) aiddir, sübh və məğrib namazlarında isə qəsr məsələsi yoxdur.
Ad:
Ölkə:
Müctəhid:
Sual:
(5077
nazim
azerbaycan
Ayətullah Xameneyi
salamun aleyke,cox narahot oldugum bir sualin deqiq cavabin axtariram.eger ishlediyn muessede uzun temiz qirxilmasi telebini isteseler ve tekid etseler biz ne etmeli? xatirladaq ki,iw tapmaq muwkul meseledir.
Cavab: Qeyd etdiyiniz şəraitdə üzünüzü ülgüclə qırxmağınız icazəlidir.
Ad:
Ölkə:
Müctəhid:
Sual:
(5078
amid
azerbaycan
Ayətullah Xameneyi
salam aga men bir geyri muselman olkesinde seferdeyem.getdiyim evde hem haram pul var hem halal.orada galmag yeyilen yemeyin hokmu nedir.etrafli cavab verin xahish edirem.
Cavab: Əgər qaldığınız evdə açılan süfrədə haram mal olduğunu bilirsinizsə, ondan çəkinməlisiniz. Əgər haram mal olduğunu bilmirsinizsə, axtarış aparmaq lazım deyil. Orada qalmağın isə eybi yoxdur. Təsir edəcəyi ehtimalı varsa, onları haram işlərdən çəkindirməyə çalışın.
Ad:
Ölkə:
Müctəhid:
Sual:
(5079
Şakir
Azerbaycan
Ayətullah Xameneyi
Dəstəmazsız məss olunması haram olan, həmçinin еhtiram qoyulması vacib olan mübarək adlar (əl-Əsmaül-Mübarəkə) hansılardır?
Cavab: Allah-təalanın adlarına, Ona xas olan sifətlərin adlarına dəstəmazsız məss еtmək caiz dеyildir. Еhtiyat budur ki, pеyğəmbərlərin, məsum imamların da adları dеyilən hökmdə (dəstəmazsız məssin caiz olmamasında) Allahın adları kimi olsun.
Ad:
Ölkə:
Müctəhid:
Sual:
(5080
Elevset Zaman
Azerbaycan
Ayətullah Xameneyi
Salam. 1)Sübh vaxtı cunub olan şəxs su tapmadığına görə təyəmmüm edib namaz qılır. Zöhrü qılmaq üçün yenə də təyəmmüm etməli və dəstəmaz almalıdır, ya tək dəstəmaz kifayət edər? 2) Fahişə ilə siğə etmək olarmı? 3) Əgər mənə vacib həcci yerinə yetirmək üçün pul hədiyyə etsələr, mənim o hədiyyəni geri qaytarmağa ixtiyarım varmı, ya vacibdir ki, həccə gedim?
Cavab: 1. Ehtiyat vacibə görə təharət şərt olan hər bir əməl üçün ayrıca təyəmmüm etməli və dəstəmaz da almalıdır. 2.Fahişə ilə siğə etmək olar. Lakin sonra onu nəhy əz münkər etmək zəruridir. 3. Əgər pulu Həccə getmək üçün bağışlayırlarsa, qəbul edib Həccə getmək vacibdir. Əgər Həcc şərti olmadan böyük məbləğdə pul bağışlayırlarsa, bu zaman qəbul etmək vacib deyil. Qəbul edildiyi təqdirdə isə Həccə getmək vacib olur.
1012 | 1013 | 1014 | 1015 | 1016 | 1017 | 1018 | 1019 | 1020