Ad:
Ölkə:
Müctəhid:
Sual:
(1
ss
Azerbaycan
Ayətullah Behcət
1.Namaz qilanda corab geyinmek vacibdi? 2.Dirnaq uzatmaq gunahdi yoxsa beyenilmeyen emeldi?
Cavab:

Allahın salam və rəhməti olsun sizə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
1. Qadınlar üçün namazda üz və əllərdən əlavə ayağın da topuğa qədər örtülməsi vacib deyil.
2. Qadınlar üçün dırnaq uzatmaq bəyənilmişdir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Ad:
Ölkə:
Müctəhid:
Sual:
(2
Murad
Azərbaycan
Ayətullah Sistani
Əssalamu Əleykum 1. Niyyət edərkən, istər namazda, istər dəstəmazda, istərsə də qüsl edərkən, niyyəti dilə gətirmək lazımdır, yoxsa qəlbdə keçirmək kifayətdir. 2. Gecə namazını sübh namazıda 30 dəqiqə qalmış qılmaq olarmı. Allah sizlərdən razı olsun
Cavab:

Allahın salam və rəhməti olsun sizə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
1. İnsan, ibadət, qüsl, dəstəmaz və s. qürbət qəsdilə, yəni Allahın dərgahında bəndəçilik və Onun əmrini yerinə yetirmək qəsdilə qılmalıdır. Amma niyyəti qəlbindən keçirməsi və ya dili ilə məsələn "dörd rəkət zöhr namazı qılıram qürbətən iləllah" sözünü deməsi lazım (vacib) deyildir. Lakin nə namazı qıldığını, onun vacib ya müstəhəb olmasını bilməlidir.
2.Eybi yoxdur.
Hаqq Yоlu Elm və Mədəniyyət İnstitutu/Şəriət bölməsi
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Ad:
Ölkə:
Müctəhid:
Sual:
(3
Rövşən
Azərbaycan
Ayətullah Sistani
Salamun Əleykum. Əlimizdə olan seyyid haqqını ərzaq alıb seyyidlərə verə bilərik yaxud mütləq şəkildə pul verilməlidir. Təşəkkür edirik..
Cavab:

Allahın salam və rəhməti olsun sizə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Gərək onun pulunu fəqir seyidlərə verəsiniz.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Ad:
Ölkə:
Müctəhid:
Sual:
(4
Məhəmməd
Azərbaycan
Ayətullah Sistani
Assalamu aleykum.Sual: Əvvəl evli olmuş son-ra boşanmış qadın yenidən evlənərkən atasın-dan icazə almalıdır yoxsa yox?Həmçinin oğlan evlənərkən atasının icazəsi şərtdir yoxsa yox?
Cavab:

Allahın salam və rəhməti olsun sizə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
1. Aşağıdakı surətlərdə qızın atasının izni vacib deyil.
Əgər qız bakirə olmasa, ya bakirə olsa, amma atası, ya ata-babası ona şərən və ürfən həmtay olan bir kişiylə evlənməsinə icazə verməsələr, ya da əsla qızı evləndirmək işlərində iştirak etməyə əsla hazır olmasalar və yaxud dəlilik və ya ona bənzər səbəblərdən icazə vermək səlahiyyətinə malik olmazlarsa, bu kimi yerlərdə onların icazəsi lazım deyil. Həmçinin əgər onlardan icazə almaq ğaib olmaq, ya başqa səbəblərə görə mümkün olmasa və qızın həmin vaxtda ərə getməyə çox ehtiyacı olsa, ata və babasının icazəsi lazım deyil.
2. Oğlanın evlənməsi üçün atanın izni şərt deyil.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Ad:
Ölkə:
Müctəhid:
Sual:
(5
mutellim
Azerbaycan
Ayətullah Sistani
salamun aleykum.ceferi teyyar namazinin qilinma qaydasi ve vaxtini zehmet olmasa yazardiniz. tewekkur. Allah sizden razi olsun
Cavab:
Allahın salam və rəhməti olsun sizə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Cəfəri-Təyyar namazı iki təşəhhüd və salam ilə dörd rəkətdən ibarətdir (yəni iki dəfə sübh namazı kimi iki rəkət qılmaq lazımdır). Birinci rəkətdə "Həmd"dən sonra "Zilzal" surəsi, ikinci rəkətdə "Həmd"dən sonra "əl-Adiyat" surəsi, üçüncü rəkətdə "Nəsr" surəsi, dördüncü rəkətdə isə "İxlas" surəsi oxunur. Lakin hər rəkətdə qiraətdən sonra on beş dəfə "təsbihati-ərbəə"ni, yəni (subhanəllahi vəlhəmdulillahi və la ilahə illəllahu vəllahu əkbər) zikri oxunmalıdır.
Həmin zikr rükuda on dəfə, rükudan qalxdıqdan sonra on dəfə, birinci səcdədə on dəfə, səcdədən qalxdıqdan sonra on dəfə, ikinci səcdədə on dəfə, səcdədən qalxdıqdan sonra və ayağa qalxmamışdan öncə on dəfə oxunmalıdır. Dörd rəkətin dördünü də bu qayda ilə qılmaq lazımdır və bu zikrlərin sayı birlikdə üç yüz dəfə olur.
Kuleyni yazır ki, Əbu Səid Mədaini deyirdi: "İmam Sadiq (ə) mənə buyurdu: "Cəfər namazında demək üçün sənə bir şey öyrədimmi?" Mən dedim: "Bəli, öyrədin." İmam buyurdu: "Elə ki, namazın dördüncü rəkətinin axırıncı səcdəsinə çatdın və təsbihatı qurtardın o zaman de:"
سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّ وَالْوَقارَ سُبْحانَ مَنْ تَعَطَّفَ بِالَْمجْدِ وَتَكَرَّمَ بِهِ سُبْحانَ مَنْ لا يَنْبَغِي التَّسْبيحُ إلاّ لَهُ سُبْحانَ مَنْ اَحْصى كُلِّ شَىْء عِلْمُهُ سُبْحانَ ذِي الْمَنِّ وَالنِّعَمِ سُبْحانَ ذِي الْقُدْرَةِ وَالْكَرَمِ اَللّـهُمَّ اِنّي أَسْأَلُكَ بِمَعاقِدِ الْعِزِّ مِنْ عَرْشِكَ وَمُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتابِكَ وَاسْمِكَ الاَْعْظَمِ وَكَلِماتِكَ التّامَّةِ الَّتى تَمَّتْ صِدْقاً وَعَدْلاً صَلِّ عَلى مُحَمَّد وَاَهْلِ بَيْتِهِ وَافْعَلْ بى كَذا وَكَذا وتطلب حاجتك عوض كلمة كذا وكذا
İzzət və vüqar libası geymiş Allah hər nöqsandan pak və uzaqdır. Öz böyüklüyü ilə bizə kərəm və ehsan edən Allah hər bir nöqsandan pak və uzaqdır. Hər bir nöqsandan uzaqdır o Allah ki, Ondan qeyrisinə təsbih rəva deyil. Elmi hər şeyi əhatə edən Allah hər bir nöqsandan pak və uzaqdır. Nemət və minnət sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. Qüdrət və kərəm sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. İlahi (sənin elminin sirləri olan) ərşinin izzət əhdlərinə, tövhid və mərifət həqiqətləri olan) sənin kitabının rəhmətinin muntəhasına (ən ucasına), sənin əzəm və böyük adına, (sənin ənbiya və övliyalarından ibarət olan) doğruluq və ədalət baxımından tam və kamil kəlmələrinə xatir səndən istəyirəm ki, Muhəmməd (s) və onun əhli-beytinə (ə) salam göndərəsən və mənimlə belə və belə rəftar edəsən (Belə və belə sözlərinin əvəzində hacət və istəklərini Allahdan dilə.)
Müfəzzəl ibn Omər belə rəvayət edir: "Bir gün imam Cəfər Sadiqi (ə) Cəfər namazını qılarkən gördüm. Namazdan sonra əllərini qaldırıb bir nəfəs bitənə qədər
يا رَبِّ يا رَبِّ
(ya Rəbb, ya Rəbb...), sonra yenə bir nəfəs bitənə qədər
يا ربّاهُ يا ربّاهُ
(ya Rəbbah, ya Rəbbah...), bir nəfəs bitənə qədər
رَبِّ رَبِّ
(Rəbbi, Rəbbi....), bir nəfəs bitənə qədər
يا اَللّهُ يا اَللّهُ
(ya Allah, ya Allah....), bir nəfəs bitənə qədər
يا حَيُّ يا حَيُّ
(ya Həyyu, ya Həyyu....), bir nəfəs bitənə qədər
يا رَحيمُ يا رَحيمُ
(ya Rəhim, ya Rəhim....), bir nəfəs bitənə qədər
يا رَحْمنُ يا رَحْمنُ
(ya Rəhman, ya Rəhman....) sonra isə yeddi dəfə
يا اَرْحَمَ الرّاحِمينَ
(ya Ərhəm ər-Rahimin) deyə dua etdi. Sonra ağa bu duanı oxudu:
اَللّـهُمَّ اِنّي اَفْتَتِحُ الْقَوْلَ بِحَمْدِكَ وَاَنْطِقُ بِالثَّناءِ عَلَيْكَ وَاُمَجِّدُكَ وَلاغايَةَ لِمَدْحِكَ وَاُثْني عَلَيْكَ وَمَنْ يَبْلُغُ غايَةَ ثَنائِكَ وَاَمَدَ مَجْدِكَ وَاَنّى لِخَليقَتِكَ كُنْهُ مَعْرِفَةِ مَجْدِكَ وَاَيَّ زَمَن لَمْ تَكُنْ مَمْدُوحاً بِفَضْلِكَ مَوْصُوفاً بِمَجْدِكَ عَوّاداً عَلَى الْمُذْنِبينَ بِحِلْمِكَ تَخَلَّفَ سُكّانُ اَرْضِكَ عَنْ طاعَتِكَ فَكُنْتَ عَلَيْهِمْ عَطُوفاً بِجُودِكَ جَواداً بِفَضْلِكَ عَوّاداً بِكَرَمِكَ يا لا اِلـهَ إلاّ اَنْتَ الْمَنّانُ ذُوالْجَلالِ وَالاِْكْرامِ .
İlahi, mən Sənin tərifinlə sözə başlayıram və Sənə həmdu-səna deməklə nitqə gəlirəm və Sənin böyüklüyünü mədh edirəm. Halbuki, Sənin mədhinin və həmdu-sənanın sonu yoxdur. Kim Sənin böyüklüyünün və fəzilətinin sonuna çata bilər. Sənin yaratdıqların necə və hansı yolla səndəki böyüklüyün həqiqi mərifətini əldə edə bilər?! Hansı zaman olub ki, Sən fəzilət və ehsanla mədh və böyüklüyünlə vəsf olunmayasan?! Sən Öz helminlə günahkarlara çox ehsan edənsən. Sənin yaratdığın yerin sakinləri hər nə qədər itaətindən boyun qaçırsalar da, Sən yenə də onlara mehriban olacaq, Öz səxavətinlə, Öz fəzlinlə onlara ehsan və Öz kərəminlə əta edəcəksən. Nemət bağışlayan, cəlal və kərəm sahibi olan Səndən başqa tanrı yoxdur.
Sonra Həzrət buyurdu: "Ey Müfəzzəl! Nə zaman zəruri bir hacətin olsa, Cəfər namazını qıl, bu duanı oxu və (sonra) Allahdan öz hacətlərini istə. İnşəallah müstəcab olar.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9