Sual:
(41
Salam 1) Bildiyimizə görə 5 İncil mövcuddur. Bunlar İsa peyğəmbərin (ə) həvariləri yazıb, yoxsa ondan sonra yazılıb.? 2) Hədisdə buyurulur ki, yer üzü höccətsiz qalmaz. İsa peyğəmbərdən (ə) sonra höccət kim idi? Mümkünsə ətraflı cavab verin. Təşəkkür
Cavab:

Ələykum salam.

1. İlk yazılan İncil İsa (ə) peyğəmbərdən 120 il sonra yazılıb. Bu İncillərin hamısı, 2-3-cü vasitələrlə yazılmışdır.

2. İsa (ə) peyğəmbərdən öncə və ondan sonra 3 diri peyğəmbər Allahın yer üzündəki höccətləri olmuşlar. Bunlar Xızır, İlyas və İdris peyğəmbərdirlər.

Sualınıza cavab olaraq bizim saytı seçdiyinizə görə sizə təşəkkür edirik.

Sual:
(42
Salam. Xəndəq döyüşü neçənci ildə baş vermişdir?
Cavab:

Xəndək döyüşü miladi 628-ci ildə, hicrətin 5-ci ili baş verib.

Sual:
(43
Salamun əleykum., Əhli sünnənin nəzərinə əsasən Fatihə surəsindən sonra Amin kəlməsi deyilir. Bunun əksi onların öz kitablarında varmı? Yəni elə bir əhli sünnə alimi varmı ki, amin kəlməsini Fatihə surəsindən sonra deyilməsini caiz bilməsin? ---Minnətdarıq Mümkünsə cavabı e-maila da göndərin
Cavab:

Əhli sünnə bu sualı belə cavablandırır:

Peyğəməbər (s) buyurur: “İmam “amin” dediyi zaman siz də “amin” deyin. Kimin dediyi “amin” mələklərin dediyi “aminə” müvafiq gələrsə keçmiş günahları bağışlanar.” (Buxari, Müslim).
Rasulullah (s) belə buyurmuşdur: “Yahudilər sizin salam veməyiniz və namazda imamın arxasında “amin” deməyiniz qədər heç bir şeyinizi qısqanmamışlar” (Əhməd, İbn Macə)

İrad: Diqqətlə baxsanız görərsiniz ki, yuxarıda deyilənlərin Fatihə surəsinə heç bir aidiyyatı yoxdur. Şiələr də  namazın ardınca
imamın duasından sonra "amin" deyir.

Sual:
(44
Salam. Bizim bir neçə sualımız var:1) İndiki 4 İncili kim yazıb və nə vaxt yazılıb? 2) Xristianlara niyə xristian deyilir. İsa peyğəmbərin dövründə "xristian dini " deyilən bir din var idi? 3) Həmçinin Yəhudi dini deyilən bir din olubmu?
Cavab:

Mövcud incillər arasında   Mattanın nəql etdiyi Müjdə, Markın nəql etdiyi Müjdə, Lukanın nəql etdiyi Müjdə,Yəhyanın nəql etdiyi Müjdə məşhurdur. Barnaba incili isə daha az təhrif edilmiş İncil sayılır. İncillər təxminən eramızın ilk yüzilliklərində qələmə alınıb. Din xristianlıq yox, məsihilikdir. Xristianlıq təhrif olmuş, xaça pərəstiş edilən cərəyandır. Yəhudi dini yox, Musəvilik (hazırda iudaizm)
demək düzgündür. 

 

Sual:
(45
SUIZENN HAQQINDA MELUMAT ALMAQ ISTERDIM
Cavab:

Suizən hər hansı şəxs və ya hərəkətə qarşı əsassız şübhədir. İslam suizəndən çəkinməyə çağırır, hətta "mömim qardaşınızdan pis əməl gördükdə gözünüzün ziddinə şəhadət verin" - deyə tövsiyəsi verir. Zahirdə pis görünən bir əməldə məqsəd xeyir ola bilər.

5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13