Sual:
(3046
Dini qəbul etməyən adama son sözümüz nə olsun?
Cavab: Sürücülər yolda karlarına gələ biləcək bəzi şeyləri özləri ilə götürürlər. Ehtiyat təkəri olan avtomobilin yolda təkəri buraxmasa, sürücü bir şey itirmir. Amma ehtiyat təkəri olmayan avtomobilin təkəri yolda buraxsa sürücü əziyyət çəkməlidir. Bəli, insan ehtimal verdiyi hadisələrə qarşı hazırlıq görməlidir. Ehtiyatlı insan soyuqda donmaz, yağışda islanmaz. Bəs dində necədir? Peyğəmbərlər ölümdən sonrakı həyat, sorğu-sual haqqında kifayət qədər mə`lumat vermişlər. Xalqın onlara inanan hissəsi sutkada on-on beş dəqiqə namaz qılır, ildə bir dəfə bir ay müddətində oruc tutur və zərərli işlərdən çəkinirlər. Bu insanlar axirətdə bir şey qazanmasalar da (hansı ki, veriləcək) heç nə itirməyəcəklər. Bəs peyğəmbərlərə inanmayıb, kefindən qalmayan insanlar qiyamət sorğusu düz olarsa (hansı ki, düzdür) nə edəcəklər? Bəli, hər bir ağıllı insan ehtiyatlı olmalı, mümkün çətinliklərə hazırlaşmalıdır. Əgər qarşınızdakı insan Qur`an həqiqətlərinə inanmırsa, o, təkcə imansız yox, həm də ehtiyatsız adamdır.
Sual:
(3047
Düşmən qarşısında vəzifəmiz nədir?
Cavab: Quran müsəlmanları birliyə dəvət edərək, istənilən bir təfriqəyə qadağa qoyur. Yağış damlaları ayrı-ayrılıqda zərif olsalar da, bir hövzəyə daxil olduqda əzəmətli bir təlatüm yaradıb, ağır turbinləri hərəkətə gətirir, böyük şəhərləri elektrik enerjisi ilə təchiz edirlər. Barmaqlar ayrı-ayrılıqda zəif olsalar da, sıxılıb yumruq yaratdıqda düşməni qorxuya salırlar. Əldəki barmaqların biri uzun biri gödək, biri kobud biri incə olsa da, hər barmağın öz işi var. Müxtəlif istedadlı barmaqlar bir yerə toplandıqda isə böyük güc yaranır. Ey əziz müsəlman bacı və qardaşlar! Aranızdakı fərqlərə görə bir-birinizdən uzaqlaşmayın. İnanın ki, eyni uzunluqda, eyni qalınlıqda olan beş barmağın yaratdığı yumruq fərqli barmaqların yaratdığı yumruqdan qat-qat zəifdir. Düşmən qarşısında yumruq tək birləşin. Qələbə sizin vəhdətinizdədir!
Sual:
(3048
Salam Aleykum. qardashlar. bizim shiyye qardashlarimizi burda vehabiler-xavaricler incidillr. bir nece ildir ki bu davam edir. harda zeyif shiyye var onu tutub deyiller ki senin canin qanin qeyretin bize halaldi.biz bilirik ki onlarin arxasinda Sumqayitda muvafiq orqanlar durur. bir nece polis memuru taniyiram ki onlarda vehabi eqidesindedi.bizimle sohbet etmekden boyun qacirillar. bilmirik ki neyniyek.
Cavab: Allah-təala Quranda (Nəhl, 125) Peyğəmbərə (s) buyurur: “(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır“. İnsanları haqq yola dəvət etməkdə bizim üzərimizə düşən vəzifə istəkli Peyğəmbərimizin (s) və onun haqq canışınlərinin təbliğ metodlarına sadiq qalmaqdır.
Sual:
(3049
salam aleykum,gunahlar savablari silir va ya eksine savablar gunahlari silirmi?
Cavab: İslam məarifində "təkfir" və "ihbat" adlanan iki termin mövcuddur. Birinci termin yaxşı əməllərin pis əməllərin yuyulmasındakı təsirini bildirir. İkinci termin isə əksinə günahların yaxşı əməlləri yumasına deyilir. "İhbat" termini haqqında İslam məzhəbləri arasında fikir ayrılığı var. Şiə məzhəbinə görə "İhbat" yalnız fərdin dindən çıxdığı təqdirdə mümkündür. Yəni, insan dindən çıxdığı təqdirdə onun yaxşı əməlləri məhv olur. Buna sübut olaraq Bəqərə (217) və Zümər (65) surələrinə müraciət edə bilərsiz.
Sual:
(3050
salam aleykum.teze ay gorunende ,coxlari ona baxib salavat getirir bu duzgundurmu???evvelceden tesekkurler
Cavab: Rəvayətlərdə göstərilir ki, Peyğəmbər (s) ramazan ayının hilalını gördükdə bu duanı oxuyarmış. «اللهم اهله علینا بالامن و الایمان،و السلامة و الاسلام، و العافیة المجللة و الرزق الواسع، و دفع الاسقام، اللهم ارزقنا صیامه و قیامه و تلاوة القرآن فیه، و سلمه لنا، و تسلمه منا و سلمنا فیه‏» Bundan başqa hər bir millətin ay göründüyü zaman həyata keçirtdiyi bir sıra adət-ənənələr vardır. Çox güman ki, xalqımıza Peyğəmbərin (s) bu sünnəsi salavat deyilməsi şəklində gəlib çatmışdır.
606 | 607 | 608 | 609 | 610 | 611 | 612 | 613 | 614