Sual:
(26
salam aleykum gunah və haram arasinda vferq varmı varsa bu ferqi izah ederdiz . Allah razi olsun
Cavab:

 Ələykum salam. Xeyr yoxdur. Fərq budur ki, günah haram sözünün farscaya tərcüməsidir. Sualınıza cavab olaraq bizim saytı seçdiyiniz üçün, sizə təşəkkür edirik.

Sual:
(27
ассаламу алейком!суал беледи имам али (а) гызыны омара ере верибми?хаиш едирем бу хедис хансы китабда йазылыб буну дегиг мене йаза билерсиз? хаиш едирем бу хагда етрафлы йазасыз,тешшекур едирем!
Cavab:

�Ələykum salam.

Bu haqda olan hədislərin hamısının sənədləri (raviləri) zəifdir. Hədislərin mətnlərini bir-birilə uzlaşdırdıqda isə, heç birinin digərilə tam uyğun gəlmədiyinin şahidi olursan. İmam Sadiq (ə) isə bu barədə buyurur: Bu bizdən zorla alınmış namusdur. Bu hədisə əsasən isə, İmam Əli (ə) qızını könüllü surətdə Ömərə ərə verməyib. Ömərin İmam Əlini (ə) bu işə məcbur etməsi haqqında müxtəlif hədislər də var. Bu haqda Ayətullah Seyid Əli Milani ağanın bir kitabı da var ki, dilimizə tərcümə olunub və internetdə yayımlanacaq. İnşa Allah oradan bütün həqiqətləri oxuya bilərsiniz. Bu barədə bu linkə də baxa bilərsiniz: http://313news.net/forum/index.php?/topic/63/

Sualınıza cavab olaraq bizim saytı seçdiyiniz üçün, sizə təşəkkür edirik.

Sual:
(28
selamun aleykum bir xanim esir olduqu zaman bilseki qeyretine toxunacaqlar ozune qesd eliye biler? ve eyni zamanda bir esger gorseki esir dusecek ozunu oldurmekle bir nece dusmenide oldurecek bu zaman ozunu oldure biler xahis edirem bu suallara etyrafli cavab vererdiz allah sizlerden razi olsun
Cavab:

 Ələykum salam.

Birinci halda qadın elə bir iş görməlidir ki, onu düşmənlər öldürsün. İnsana heç bir vəchlə intihar etməyə icazə verilmir. Əgər günaha görə qorxursa, Allah bağışlayandır. İntihar etmək isə, Allahın rəhmətindən naümid olmaqdır. Bu isə, bağışlanmayan günahlardan sayılır.

İkinci halda isə, əgər müdafiə cihadıdırsa, hətta canı verməklə də olsa, müdafiə üçün bu addım atılmalıdır. Amma, məsləhət bilinən yerdə. Məsləhət verən şəxs də, ən azından hərbi sahədə mütəxəssis olmalıdır. Əgər hücum cihadıdırsa, burada həm hərbi sahədə mütəxəssis, həm də fiqhi baxımdan mütəxəssis və adil şəxsin göstərişi olmalıdır. Hər iki halda bir şərt də var ki, bu addımın nəticəsi müsbət və faydalı olsun. Buna şəriətdə "istişhad" yəni, könüllü şəkildə şəhadətə getmək deyilir.

Sualınıza cavab olaraq bizim saytı seçdiyiniz üçün, sizə təşəkkür edirik.

Sual:
(29
Salam aleykum.Mefatihul-cinan kitabinin elektron variantini Ereb-azerbaycan dilinde nece tapa bilerem?
Cavab:

 Ələykum salam. Bu kitabın ərəb və ərəb-fars variantı internetdə mövcuddur. Amma, ərəb-azəri variantının nə internet versiyası var, nə də elektron versiyası. Ola bilsin gələcəkdə olsun. Amma, hazırda ancaq kitab şəklindədir. Sualınıza cavab olaraq bizim saytı seçdiyiniz üçün, sizə təşəkkür edirik.

Sual:
(30
salam men esiddiyime gore yasin kitabi var eee o kitabda tukleri yox etmek ucun nese yazilib qarisiq di onu duzeldib cekirsen hara istesen ordan daha tuk cixmir mumkunse bu qarisiqi mene deyesiz saq olun....
Cavab:

 Ələykum salam. Bu barədə "Tibbi hədislər toplusu" kitabına müraciət edin. Sualınıza cavab olaraq bizim saytı seçdiyiniz üçün, sizə təşəkkür edirik.

2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10