Sual:
(1
SALAM ALEYKUM!SAYTINIZDA BELE BIR ELAN VAR KI QUM WEHERINDE BIR NECE KITAB HEDIYYE EDIRSIZ.AZERBAYCANNAN ORAYA GELEN INSANLAR BU KITABLARI SIZDEN ALDIQDAN SONRA OZ VETENLERINE GETIRE BILECEKLERMI YENI SERHEDDE PROBLEM YARANMAYACAQ?
Cavab:

Təəssüf ki, bəzən problem yaranan hallar olur. Hansı ki kitablar sırf dini mövzudadır və problemə əsas yoxdur.

Sual:
(2
Allahin semu adi var her seyi esiden eger biz imamin bizi esitdiyini deyirikse bu sirk sayilmir?delili var qurannan
Cavab:

Şirki yaradan Allahdan qeyrisinə ibadətdir. Biz hər birimiz eşidirk, amma bununla Allaha şərik olmuruq.

Sual:
(3
Salam aleykum! nubuvvet ve ədl ne demekdir?
Cavab:

Nübüvvət 124 min peyğəmbərin risalətini, ilahi missiyasını, ədl Allahın ədalətli olmasını qəbul etməkdir.

Sual:
(4
Salam Aleykum va rahmatullah ve barakatuh! Qardashdar, suallariim besid olacag cavablandirmaginizi isterdim! Sual : usuliddin ve firuiddin nedir ve aralrindaki ferqler neden ibaretdir?
Cavab:

Üsuliddin dinin üsülları, prinsipləridir. Hər müsəlman bu prinsiplərə inanmalıdır: tövhid, ədl, nübüvvət, imamət, məad

Firuiddin dinin qeyri-üsuli, şəri məsələləridir: namza, oruc və s.

Demək, birinci etiqad, ikinci isə əməllə bağlı sahədir.

Sual:
(5
salam. men teze namaza baslamisam ve namazdan qabaq bir qiz vardi onunla tanis olmudsum. biraz danisiqdan sonra o qiz xosumamgeldi ve biz bir-birimizi tanimaqa qerae verdiy. amma gunah etmekden qorxuruq. gorusmemisik. sedece internetle danismisiq ve kamerayla bir iki defe gorusmusuk. menim niyetim ciddidi. onagorede tanimaq istirik bir-birimizi. bu gunahdi ya yox?
Cavab:

Nikah məqsədi ilə, şəhvət doğuracaq hallara yol vermədən  tanışlığın eybi yoxdur.

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9