Şrift ölçüsü: Kr
29 Yanvar 2009

İslam və ailə

2-ci hissə Atəşdə yanan valideynlər Hər bir valideynin ən böyük və mühüm istəklərindən biri də sağlam və saleh (düzgün əməl sahibi, əxlaqlı, tərbiyəli) övladlar böyüdüb cəmiyyətə təhvil verməsidir. Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) belə buyurmuşdur: “Valideynin xoşbəxtlik əlamətlərindən biri də onun saleh övladı olmasıdır”. (Vəsailuş-şiə”, c. 15, səh. 97). Övlad hər nə qədər tərbiyəli və sağlam ruhiyyədə böyüyərsə, valideyinin sevinci necə deyərlər, yerə-göyə sığmaz və həmin övlad həmişə ata-anasının başının ucalığına səbəb olar. Demək olar ki, bu istək hər bir valideynin arzusudur. Lakin bu arzunu həyata kecirmək üçün səy və zəhmət lazımdır. Muasir dövrümüzdə bəzi valideynlərin övlad tərbiyəsinə etinasız yanaşdıqlarının şahidi oluruq. Belə valideynlər ömürlərini tələf edərək ziyan içində olanlardır. Qurani-Kərim buyurur: إِنَّ الخَْاسِرِينَ الَّذِينَ خَسِرُواْ أَنفُسَهُمْ وَ أَهْلِيهِمْ يَوْمَ الْقِيَامَةِ أَلَا ذَالِكَ هُوَ الخُْسْرَانُ الْمُبِين “Həqiqətən Qiyamət günü ziyan içində olanlar özünə və ailəsinə ziyan vuran kəslərdir. Bilin ki, açıq-aşkar ziyan məhz budur.” (Zumər, 15). Mübarək ayədə işlənən “xusran” (ziyan) kəlməsi ərəb dilində həm zahiri sərmayə (mal-dövlət, dünyəvi məqam), həm də mənəvi sərmayə (ağıl, iman, əxlaq və s.) mənasında işlənir. Quranda bütün “ziyanlar” mənəvi sərmayə mənasında işlənmişdir. Yəni hər kəs özünün və ailəsinin imanına, əxlaqına fikir verməsə, bu dünyanın axırının puç olduğunu zənn edərsə, yalnız dünyadan yapışıb axirət gününü və yenidən dirilib əbədi yaşamağı yalan sayarsa, bir sözlə Allah-təalanın buyurduqlarının əksinə əməl edərsə, həqiqi ziyan çəkənlərdən olacaqdır. Həzrət Məhəmməd (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Allahın lənəti o ata-anaya olsun ki, övladının onların üzünə ağ olmasına səbəb olur.” Mübarək hədisin mənası budur ki , əgər valideyn övladına düzgün ədəb və tərbiyə verməsə, əksər hallarda belə uşaqlar davakar, zalım, təkəbbürlü və ədəbsiz böyüyəcəklər. Çünki bunun səbəbi məhz valideyndir. Rəvayətlərin birində belə deyilir: “Qiyamət günü övlad öz valideyninə şikayət edib deyəcək: Nə üçün məni haramla böyütdün? Nə üçün namazı mənə sevdirmədin? Nə üçün mənə doğru yolu nişan vermədin? Nə üçün dini mənə öyrətmədin? ... Sonra övladlar Allah-təalaya belə deyəcəklər: İlahi! Ata-anamız doğru yolu gostərmək əvəzinə bizə zülm edib haqqımızı tapdaladı. İndi ki, bizi Cəhənnəmə apar��rsan, valideyinlərimizi də bizdən ayır və onlara da əzabını şamil et!... Nəhayət valideynlər övladlarını düzgün tərbiyə etmədiklərinə görə, övladları isə dünyada törətdikləri pis əməllərə görə Cəhənnəmdə əbədi əzab içində olacaqlar.” (Tərbiyəte fərzənd, səh. 18-19). Yəqin ki, belə hədislər bizim üçün ibrətdir. Valideyinlər Yaradan tərəfindən onlara bəxş olunduğu övladları əmanət kimi qəbul etməli və bu əmanəti qorumaqda var qüvvələri ilə çalışmalıdırlar. Gənc ailəyə tövsiyələr Müqəddəs İslam dinimiz sağlam və saleh övladların dünyaya gəlməsi üçün valideyinlərin öhdəsində bir sıra vacib və müstəhəb (bəyənilmiş) vəzifələr təyin etmişdir. Bunlar həm toydan qabaq və həm də ondan sonrakı dövrə aiddir. Layiqli və təqvalı həy at yoldaşının seçilməsi, həmçinin halal toyun olması və bu kimi vacib əməllər toy mərasimdən əvvələ aid olan əməllər sırasında durur. Toy gecəsində yerinə yetiriləsi lazım olan qaydalar, həmçinin hamiləlik vaxtı və körpə dünyaya gələndən sonra müəyyən olunmuş bir sıra müstəhəb proqramları icra etmək isə toydan sonrakı dövrə aid edilir. Gənc ailə səy etməlidir ki, bunlara etinasız yanaşmasın. Bəzən gənc ailə İslamın qanunlarna ciddi yanaşmadıqlarına görə günaha düşürlər. Məs; haram toylarda iştirak etmək, xanımların naməhrəm qarşısında bəzənməsi və bu vəziyyətdə özünü onlara nişan verməsi, özlərinə yaxın olan naməhrəm qohumları ilə öpüşüb-görüşməsi və s. Onlar gərək heç bir günahı kiçik saymasın və Allah-təalanın buyurduğu hər bir qanuna ciddi yanaşsınlar. Əks halda onların əməllərinin nəticəsi övladlarının tərbiyəsində mənfi təsirlər buraxacaqdır. Allah-təala Ona itaət etməyən və Onun əmrindən boyun qaçıran hər bir şəxsə əzab verəcəkdir. Onun yanında ən üstün şəxs təqvalılardır (Hucurat, 13) və O, yalnız təqvalı şəxslərin əməllərini qəbul edəcək. (Maidə, 27). İstər peyğəmbərin övladı (Hud, 45-46), istər peyğəmbərin əmisi, ya əmisi arvadı (Məsəd surəsi), istərsə də peyğəmbərin xanımı (Təhrim,10) olmağına baxmayaraq, əgər təqva sahibi deyildirsə, əbədi Cəhənnəmdə əzab çəkəcəklər. Onların peyğəmbərlərə yaxın və qohum olmaqları onları əbədi atəşdən xilas edə bilməyəcəkdir. Buna görə də gənc ailə bir-birilnin hüquqlarına, həmçinin övlad tərbiyəsinə ciddi yanaşmalı, başqalarının aldadıcı sözlərinə əhəmiyyət verməməli, Allah-təalanın və Əhli beytin (ələyhimussalam) buyuruqlarını yerinə yetirməlidir. Əgər hər bir müsəlman İslam prinsipləri əsasında tərbiyə alıb şəxsiyyəti iman əsasında formalaşarsa, xoşrəftar, mülayimlik, səbr, qarşı tərəfin hüquqlarını gözləmək və s. əxlaqi əməllər onun təbii xüsusiyyətlərinə çevriləcəkdir. Belə olduqda bu xüsusiyyətlər onun həyatında, habelə gələcək övladlarında musbət izlər buraxacaqdır. Toy gecəsində yerinə yetiriləsi bir neçə əməllər vardır. Bu barədə əziz Peyğəmbərimiz həzrət Məhəmməd (salləllahu ələyhi və alihi və səlləm) öz kürəkəni və əmisi oğlu həzrət Əliyə (ələyhissalam) belə buyurur: “Ya Əli! Gəlinin yanına daxil olduqdan sonra onu əyləşdir. Bir qab su gətir və onun ayaqlarını yu! Sonra həmin suyu evin qapısından ta küçə qapısına kimi səp! Əgər belə etsən, həmin evə bərəkət nazil olar, yetmiş min mələk öz rəhmət qanadlarını gəlinin üstünə nazil edər və o, heç vaxt alal ıq, bərəs, cüzam xəstəliyinə düçar olmaz.” (Vəsailuş-şiə, 15-ci cild, səh 109). Alimlər bu hədisin batini mənasını belə açıqlayır: “Bəy, bu hərəkəti ilə gəlinə demək istəyir ki, mən birinci gecədən öz təkəbbürümü ayaq altına atdım və sənə qarşı olan məhəbbətimi öz əməlimlə bildirdim. Biz yeni bir həyata qədəm qoyub mehriban yaşamaq istəyirik. Elə isə gəl, ömrümüzü İslam dininin buyuruqları ilə başa vuraq və həmişə bir-birimizə can deyib, can eşidək.” Doğrudan həqiqi xoşbəxtl ik və səadət yalnız Allah-təalaya tapınıb Onun qanunlarına riayət etməkdən ibarətdir. İnsanın cisminə qidaların təsiri olduğu kimi, Quranın və duaların da onun ruhuna bilavasaitə müsbət təsirləri vardır. Körpənin tərbiyəsi ilə hələ o, anadan olmamışdan qabaq başlanmalıdır. Bu vəzifə məxsusən anaların öhdəsinə düşür. Belə ki, ana doqquz ay ərzində məsumların (ələyhimussalam) buyurduqları bir sıra müstəhəb əməlləri yerinə yetirməklə körpənin gələcək həyatının sağlam, mənəviyyatlı və tərbiyəli böyüməsini təmin edir. Bunlara riayət edilməsi zəruridir. O cümlədən: 1) Evlənmək istəyən cavanlar kəbinin kəsilməsinə diqqət yetirməli və bu müqəddəs əməldə səhlənkarlıq etməməlidirlər. (Təəssüflər olsun ki, hələ də kəbinsiz cavan ailələrə rast gəlmək olur. Onlar bilməlidir ki, iki naməhrəm gənc (bəy və gəlin) VVAQ deyil, məhz şəriətimizdə buyurulan kəbin (əqd) vasitəsilə bir-birinə məhrəm olurlar. Əlbəttə ki, VVAQ-da olmaq zəruridir. Bir sözlə əgər iki gəncin arasında kəbin oxunmasa, dünyaya gələcək uşaqların vücudunda mənfi əsərlər meydana çıxacaqdır.) (ardı var)

Rövşən Əhməd
1076 dəfə baxılıb
gözləyin...