Dini şəxsiyyətlər KİV-in hədəfində
Allahın adı ilə! O Allah ki, doğru sözü vacib, yalanı haram buyurmuş, insanlara həqiqətə təslim olmağı, yalandan çəkinməyi əmr etmişdir. Dünya o qədər inkişaf edib ki, onun ən ucqar nöqtəsində baş vermiş hadisədən evin içində xəbərdar olmaq mümkündür. Bütün bunlar üçün radio, televiziya, qəzet, jurnal, telefon, internet və s. insanların xidmətindədir. Amma bir çoxları bu xəbərləri eşidir, lakin onların düzgünlüyünü araşdırmır. İnsan fitri olaraq mühüm hadisələrdən xəbər tutmaq istəyir. Buna misal olaraq Quranda Peyğəmbərə (s), hədis və tarix kitablarında məsumlara ünvanlanmış sualları göstərmək olar. Hər halda ya insanların bütün xəbərləri analiz etmək və araşdırmaq imkanları lazımi səviyyədə deyil, ya da kimsədə buna maraq yoxdur. Digər tərəfdən, camaata xəbəri düzgün, dəqiq və qərəzsiz çatdırmalı olan KİV öz vəzifələrini yerinə yetirməkdə səhlənkarlıq edir. Bunun bir neçə səbəbi ola bilər. KİV-lər və informasiya yayımı vəzifəsi Dünyanın istənilən yerində insanlara informasiya çatdırmaq vəzifəsini KİV öz öhdəsinə götürüb. Onlar hamıya dəqiq, qərəzsiz və mühüm xəbərləri çatdırmalı və bu vəzifədə ifrat və təfritə (səhlənkarlığa) yol verməməlidirlər. Bütün bunlar onlara qarşı etimadı artıracaq amillərdir. Amma xəbər mənbələri və jurnalistlər bəzən bu dəyərləri ayaq altına alır və ağızlarına gələni mediaya çıxarırlar. Bu da agah insanlarda onlara qarşı mənfi münasibət yaradır. Xəbərin dəqiqliyinə nəzarət Bu məqama toxunmazdan öncə İslam dinində 1400 il əvvəl deyilmiş bir hədisin araşdırılma üsuluna nəzər salaq. Bu məqama aydınlıq gətirmək, onun həqiqətən bir məsum tərəfindən deyildiyinə əmin olmaq üçün müəyyən analizlər aparılmalıdır: 1. Hədisi kim rəvayət edib? 2. Hədisin mətni Quran, digər mötəbər hədislərə, ağıl və məntiqə nə qədər uyğundur? 3. Hədisi hansı mötəbər alimlər qəbul edib və ona əməl ediblər? Bütün bunlar dəqiq araşdırıldıqdan sonra hədisin həqiqətən də məsumlar tərəfindən buyurduğu ortaya çıxır. Bəs bu prinsiplərə dünya KİV-ində nə qədər riayət olunur? Kim haradan gəldi, necə gəldi xəbər verir. Araşdırılası mühüm məqamlara isə əhəmiyyət verilmir. Bunlar üst-üstə yığıldıqda xəbərə etimad itir. Yalan xəbərlər və ya yalançı xəbərçilər Təsəvvür edin ki, bir ərzaq mağazasında vaxtı keçmiş, xarab, zərərli və ya zəhərli ərzaq satılır. Ağıllı insan o mağazadan bir şey almır. Bir həkim insanları sağlamlığa qovuşdurmaq əvəzinə, onlara ancaq zərər yetirir və sağlamlıqlarına zərbə vurur. Bir müəllim məktəbdə uşaqlara təhsil vermək əvəzinə onları savadsızlığa və əyri yollara sürükləyir. Bir ... Bütün bu hallarda insanlar etimad göstərir, lakin xəyanətlə üzləşir. Bəs media? Xəbərin televiziya, radio, qəzet, jurnal və ya internetdən izlənməsindən asılı olmayaraq, xəbər insanların inandığı şeydir. Qısaca deyək ki, biz KİV-ə müraciət etməklə ona reytinq qazandırırıq. Onlar isə bu reytinqə güvənib reklamın qiymətini qaldırır. Demək, oxucu, dinləyici, tamaşaçı onların qazancına da şərik olur. Onlar isə əvəzində bizii yalan məlumatlarla zəhərləyir. Gah təşvişə salır, gah da ... Amma bu proses davam etdikcə KİV-ə etimad puça çıxır, o istər-istəməz müştəri itirir. Keçək mətləbə. Ayətullah Xamenei dünya mediasında Onun haqqında media müxtəlif xəbərlər yayır - düz-əyri, qərəzli-qərəzsiz, istinadlı-istinadsız və s. Amma Ayətullah Xameneinin dünyanın bir çox görkəmli siyasi və dini şəxsiyyətləri kimi saytı var. Onun adından xəbər yaymaq istəyənlər həmin sayta müraciət etməlidir. Bu həm xəbərin mötəbərliyinə, həm də ilkin mənbədən əldə olunmasına şərait yaradar. Ayətullah Xameneinin sayt ünvanları: 1. http://khamenei.ir/ Hazırda bu sayt 13 dildə fəaliyyət göstərir. Türk, rus, ingilis, fransız dillərində məlumat almaq mümkündür. 2. http://www.leader.ir/ Hazırda bu sayt 12 dildə fəaliyyət göstərir. Bu saytda azərbaycan bölməsi də sizin ixtiyarındadır. Saytın azərbaycanca bölməsində xəbərlər və bəyanatlar mövcuddur. Saytın türk, rus, ingilis və fransız dillərində də səhifələri var. Mirməhəmməd Əhmədov (ardı var)





