Şrift ölçüsü: Kr
19 Fevral 2009

Xilqətin qəribəlikləri

Bildiyimiz kimi, Allah-taala birinci olaraq cəmadati (cansız cisimləri), bitkiləri, daha sonra heyvanatı yaratmışdır və hər bir məxluqun yaradlışının öz hikmət və fəlsəfəsi vardır. Biz bəzən bütün heyvanların, bitkilərin, ağacların və həşəratların insan həyatında nə dərəcədə mühüm rol oynadığını dərk etməyib, onlara sadə gözlə baxırıq. O cümlədən, hətta zəhərli ilan xətərli bir heyvan kimi görünsə də onun nə kimi faydalı olduğundan çoxlarının xəbəri yoxdur. Məsələn, xəstələr üçün istifadə olunan bir çox dava-dərmanın məhz ilanın zəhərindən hazırlanması bizə artıq məlumdur. Bu misaldan məqsədimiz odur ki, Allah-taala heç bir mövcüdatı boş və əbəs yerə yaratmayıb və onların hər birinin hətta zahirən zərərli görünənlərinin də ziyandan başqa çoxlu faydaları vardır. Beləliklə, biz Quran və hədislərdən istifadə etməklə təbiət, Heyvan və insanların xilqətindən bir neçə qəribəlikləri nəzərinizə çatdırmaq istəyirik. Məlumdur ki, yalnız bir neçə yüz il bundan il bundan əlavə butki və ağacların erkək-dişiliyi və onların külək, yaxud həşəratlar vasitəsilə tozlanması elm sahibləri tozlanması elm sahibləri tərəfindən kəşf olunmuşdur. Məsələn, İsveç bioloq və alimi Linney 18-ci əsrin ortalarında bu məsələnin kəşfinə nail olmuş və bitkiləri də Heyvanlar kimi erkək-dişi olduğunu bildirmişdir. Amma İslam bu nəzəriyyəni 14 əsr bundan öncə açıqlayıb və Qurani-kərimin “Rəd” surəsinin 3-cü ayəsi və “Hicr” surəsinin 22-ci ayəsində bu barədə dəqiq məlumat vardır. “ (Allah) bütün meyvələrdən cüt-cüt yaratdı (erkək-dişi olaraq).” “Biz küləkləri bar və tozlanma üçün göndərdik.” Bu ayələrdən aydın olur ki, bitkilər və ağaclar da heyvanlar kimi erkək-dişidirlər və bunlar küləklər vasitəsilə tozlanaraq çoxalırlar. Islam bu nəzəriyyəni qədim zamanlardan demiş, külək və bitkilərin necə faydalı olduğunu açıqlamışdır. Ümumiyyətlə, bitkilərin quruluşunda çoxlu maraqlı cəhətlər mövuddur. İmam Sadiq (ə) öz səhabəsi Müfəzzələ iri meyvələrin kiçik kövdə və tənəklərdən əmələ gəlməsi haqqında belə buyurur: “ Ey Müfəzzəl! Balqabaq, qarpız, qovun və xiyarın yaranması haqqında fikirləş ki, böyük olan Allah bu meyvə və tərəvəzləri necə nazik tənək və tağlardan yaradıbdır. Əgər bunlar başqa meyvələr kimi ağaclar şəklində olsaydılar, yetişməmiş qopub yerə düşərdilər. Çünki, bu tərəvəzlərin tənəkləri olduqca zəif və qüdrətsizdir. Ey Müfəzzəl, bax! Böyük Allah bu tərəvəzləri necə hikmətlə yaradıb və bunlar yerlə sürünüb meyvələrini necə də rahatcasına torpağən üzərində qoyurlar. Ey Müfəzzəl, görürsənmi bir tənək və gövdədən necə balqabaq və yemiş hasil olur? “ Heyvanların bədən qurluşunda, xasiyyətlərində vəm yaşayış tərzlərində də Xaliqin bir çox qüdrət nişanələri və hikmətlri gizlənmişdir. Böyük və qüdrətli Allah heyvanları da, o cümlədən yarasa, fil, zürafə, meymun, bal arısı, habelə başqa canlıları bitki və ağaclar kimi sonsuz hikmət və tədbir üzrə yaratmışdır. Biz burada bal arılarının qəribəlikləri və işgüzarlıqları haqqında bir neçə məlumatı nəzərnizə çatdıracağıq. Əgər bal arısına nəzər salıb onun necə bal hazırladığına diqqət etsək, başa deşəcəyik ki, onun gördüyü işlər İlahi hikmət və misilsiz tədbir üzrə qurulub. Bu hukməti isə onun xulqətində vücyda gətirən misilsiz qüdrət sahibi olan Allahdır. Necə ki, Qurani-kərimin “Nəhl” sürəsində 68-69-cu ayələrdə buyurulur: ( Rəbbin bal arısına belə vəhy etdi: dağlarda, ağaclarda və insanların qurduğu yerlərdə özünə “yuva” tik. Sonra bütün meyvələrdən ye və Rəbbin sənə göstərdiyi yolla rahat, asanlıqla hərəkət et! O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli “ ağ, sarı və qırmızı çalarlı” bal çıxır. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır. ) Bu ayələrdən göründüyü kimi, belə qəribə xüsusiyyətlər qüdrətli və uca olan Allah tərəfindən bal arılarına vəhy vasitsilə verilmişdir. Həmçinin, bal arısının xilqəti haqqında İmam Sadiq (ə) Müfəzzələ belə buyurur: ( Ey Müfəzzəl! Fikirləş: bal arıları, onların atoöplaşması altı güşəli şanı və bal hazırlamaları necə də maraqlı və dəqiqdir. Halbuki bu işi görənlərin nə dərəcədə zəif olduqlarını bilirsən. Bu bizə bir subutdur ki, həmin işlərin hikməti arının özündən deyildir, daha doğrusu Qadir Allah bu qəribəlikləri arıya bəxş etmiş və onu Adəm övladları üçün xeyirli məxluq olaraq yaratmışdır. ) İmam Sadiq (ə) qarışqanın xilqəti haqqında isə belə buyurur: ( Ey Müfəzzəl fikirləş! Qarışqanın necə kiçik olduğunu bilirsən. Bunda bir irad varmı? Bəs elə qəribə hikmət və letf o cür kiçik heyvanın vücudunda haradan yaranmışdır? Qarışqalara nəzər salsan, onların necə toplaşmasını azuqə yığmalarını, bir-birilərinə necə kömək etmələrini görəcəksən. Bu heyvanlar yığdıqları dənləri xarab olmasın deyə iki yerə bölürlər. Öz yuvalarını sel və başqa bəlalardan zərər çəkməsin deyə hündür yerlərdə düzəldirlər. Onların yüvaları suyun nüfuz etməsi və ya rütubət təhlükəsi ilə üzləşdikdə, dən və azuqələrini məskənlərindən mənara çıxarıb, günəş şüaları altında qurudurlar. Bütün bu qəribəlikləri yeganə olan Allah həmin kiçik heyvanların xilqətində qoymuş və bütün işlərdə onlara yol göstərmişdir. ) Bundan əlavə İmam Sadiq (ə) Allahın qəribə movcudlarından biri olan meymun haqqında da hikmətli mətləbləri belə açıqlayır: (Ey Müfəzzəl fikirləş! Allah-taala meymunu baş, sinə, çiyin və başqa üzvlər cəhətdən insana oxşar yaratmış, ona xüsusi zirəklik əta etmişdir. Meymun öz sahibinin hər bir işarəsini başa düşür, onun bütün hərəkətlərini təqlid edir. Amma xilqətindəki hikmət budur ki, cismi quruluş baxımından insanlardan çox az fərqlənir, yalnız ağıl və dərrakə cəhətdən Adəm övladından seçilir. Yəni insanların ağıl və dərrakəsi olmasa, onlar meymunlardan heç də fərqlənməzlər. Ona görə də Allaha şükr ütmək lazımdır ki, bu neməti (ağıllı) biz insanlara bəxş etmişdir. Bizdə öz nobəmizdə həmin ağıl və dərrakəni Allah yolunda istifadə etməyə hazır olmalıyıq. İmam Sadiq (ə) insanın bədənində olan bütün üzvlərin xüsusiyyətlərini, uşağın dünyaya gəlməsini və onun körpə vaxtı ağlamasını, bunu nə dərəcədə faydalı və hikmətli olmasını Müfəzzələ belə açıqlayır: “(Ey Müfəzzəl agah ol! Uşağın ağlamasının faydası odur ki, körpənin beynində olan rütubət gedir. Əgər bu rütubət uşaqlarda qalsa bir çox bəla və ağrılara səbəb olur, hətta onların kor, yaxud, iflic olması ilə də nəticələnə bilər. Beləliklə,ağlamaq həmin rütubəti aradan aparır, onların bədən sağlamlığını və görmə qabiliyyətini gücləndirir. Amma, ata və analar bunun hikmətindən xəbərsizdirlər və əksər hallarda uşaqları ağlayan vaxt narahat olurlar.” Həzrət yenə sözünə davam edərək insanın dırnaq və saçının uzanması haqqında olan hikməti belə açıqlayır: “(Ey Müfəzzəl! Dırnaq və tüklərin uzanmasına görə Allaha şükür etmək lazımdır. Çünki, bədənin ağrıları dırnaq və tüklərin uzanması ilə, habelə onları təmizləməklə aradan gedir. Ona görə də insana tövsiyə olunub ki, tüklərini tez-tez təmizləyib qısaltsınlar. Əgər deyilənlərə əməl edilməzsə, ağrılar, gözəgörülməz zərərli varlıqlar (mikroblar ) və onların maddələri bədənə hopur, bir çox xəstəliklərə səbəb olurlar. “ Biz bu bəhsdə bitkilər, heyvanlar və isnanların yaradılışndakı qəribəliklərdən bir neçə nümunəni nəzərinizə çatdırdıq. Indi isə kainatla bağlı olan və müasir elmələrin daha çox diqqətini cəlb edən bir sıra maraqlı məlumatlar barəsində danışmaq istəyirik. Kainatdakı dağların, dənizlərin, çayların, okeyanların, göllərin, ay və ulduzların, günəş və planetlərin hamısının öz hikmət və və fəlsəfəsi vardır. Bütün bu təəcüblü aləmi qüdrətli Allah yaratmışdır. Biz nümunə olaraq maraqlı bir mövzuya toxunmaq istərdik. Ona görə də yer kürəsində xaricəd və başqa aləmlərdə məxluqatın yaşayışı barəsindəki məlumatları nəzər diqqətnizə çatdırırıq. Qurani-kərim və hədislər çəxluqatın yer kürəsindən başqa aləmlərdə də yaşamasını və bundan əlavə bir neçə ay və günəşin olduğum haqqında bizə belə xəbəd verir. Qurani-kərimin “Şura” surəsinin 29-cu ayəsində buyurulur: ( Yer və göylərin xilqəti, yaranması Allahın qüdrət nişanələrindəndir. Həmşinin Allahın nişanələrindən bir də diri mövcüdlardır “canlılardır” ki, aləmləri yaradan onları yer və göylərdə yayı, səpələyibdir. ) Ayədəki “dabbə” kəlməsi canlı, hərəkət edən maddi cisimlər mənasındadır və mələklərə aid deyil. Çünki, mələklər qeyri-cismi məxluqatlardırlar. Bu barədə məsum imamların hədislərində də maraqlı məlumatlara da rast gəlirik. İmam Sadiq (ə) ay və günəşin sayca birdən çox olduğunu, habelə asimandaməxluqaların yaşamasını belə xəbər verir: ( Sizin bu günəşinizdən başqa kainatda qırx ədəd günəş də vardır ki, onların tərkibində bir çox məxluqlar yaşayır. Həmçinin bu ay ki, sizı işıq saçır, ondan başqa qırx ədəd ay da mövcuddur və onların tərkibində çoxlu məxluqlar yaşamaqdadır. Bu yaranmışların yer kürəsindəki məxluqların və insanların mövcudluğundan xəbərləri yoxdur. ) Beləliklə aydın olur ki, bu böyük kainatda çoxlu heyrətamiz qəribəliklər vardır və biz insanlar onların çoxundan xəbərsiz və ğafilik. Amma Qurani-kərim və hədislər həmin qəribəlikləri təxminin 14 ısr bundan qabaq bəyan etmişdir.

Elşən İsmayılzadə
1245 dəfə baxılıb
gözləyin...