Şrift ölçüsü: Kr
14 Oktyabr 2010

Şəhidlərin xatirəsi

13 oktyabr 2010-cu ildə "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin təşkilatçılığı ilə dindarlardan ibarət böyük bir qrup ermənilərlə döyüşdə şəhid olmuş Fərid Əhmədov və Əhməd Abdullayevin Cəlilabadda keçirilən 40 mərasiminə yola düşüblər.

Bu təşəbbüsə paytaxtın müxtəlif rayonlarından inanclı insanlar dəstək veriblər və nəticədə Azərbaycanın cənub bölgəsinə böyük bir avtomobil karvanı yollanıb.


Aksiya iştirakçıları əvvəlcə Biləsuvarın Əliabad kəndinə baş çəkiblər və Azərbaycanın Milli Qəhrəmanı Seyyid Mübariz İbrahimovun ailəsini ziyarət ediblər. Şəhid Mübariz İbrahimovun atası Biləsuvar ruhanisi Hacı Möhibbət və bir neçə biləsuvarlı ilə Cəlilabada gedən karvanlara qoşulublar.

Cəlilabadda isə Bakıdan gələn avtomobil karvanına Masallı, Lənkəran, Biləsuvar və Cəlilabad dindarları da qatılıblar.

Bakıdan “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin üzvlərindən başqa bir çox paytaxt inanclıları, Masallıdan “İmam Museyi Kazim” heyəti, Lənkərandan Seyyid Elmanın rəhbərliyi ilə bir qrup, həmçinin yerli Cəlilabad dindarları ilk öncə şəhid Fərid Əhmədovun evinə gəliblər. Şəhid Fəridin evinin yanında böyük mitinqi xatırladan çıxışlar olub. Çıxış edənlər Höccətülislam-vəl muslimin Hacı Zülfüqar, Cəlilabad ruhaniləri Hacı Mahmud, Hacı Əfqan, Biləsuvar ruhanisi Hacı Möhibbət, Göytəpədən Hacı İlqar, həmçinin şairlər və şəhid Mübarizin atası Ağakərim İbrahimov olub.

Şəhid Fəridin ailəsinə başsağlığı verdikdən sonra dindarlar böyük bir toplum ilə Şəhid Əhməd Abdullayevin evinə yürüş ediblər.

 

 

 

 

 

 

 

 

5207 dəfə baxılıb
gözləyin...