Sual:
(1
esselamu aleykum evvelce cox sagolun deyirem ki bele imkan yaradibsiz suallaim budurki niye azan uc defe verilir amma namaz quranda 5defe buyurulu bunu menden sunu qardaslarimiz sorusurlarki namazi axi 5defe buyurublar mende deyreim bes onda azan niye uc defedir amma izah ede bilmirem ikinci sulaim ise beledir namaz qilan bir qiz lak ceke biler yeni el ve ayaq dirnaqlarinda lak ola ola namaz qila biler?
Cavab:

Ələykum salam. Üç dəfə verilən azan sübh, zöhr və məğrib namazlarının vaxtını bildirmək üçündür. Şiə məzhəbində də əsr və işa namazlarının fəzilət vaxtları əməli risalələrdə qeyd edilib. Kimsə bu vaxtların fəzilətini əldə etmək istəyərsə, o zaman azan da deyə bilər. Bu da beş azan olacaqdır. Bundan əlavə qeyd edək ki, azanın deyilməsi vacib deyil və savabına deyilən əməldir.
Namaz zamanı boya (lak) olmasının eybi yoxdur. Amma, dəstəmaz alan zaman olmaz. Suyun dırnağa çatmasına mane olacaq hər bir maneə (boya, rəng, yapışqan və s.) aradan qaldırılmalıdır. Yoxsa, dəstəmaz batil olar. 

Sual:
(2
Əssalamu Əleykum Sualım qohumla evlilik haqqındadır. Bildiyim qədərincə dinimizdə qohumla evlilik caizdir. Amma başqa tərəfdən qohumla evlilikdən qüsurlu uşaqlar doğulma ehtimalının böyük olduğu deyilir. Bu baxımdan qohumla evlənmək istəyən şəxs belə bir seçim qarşısında qalarkən nə etməlidir. Əvvəlcədən qanın uyğun gəlib-gəlmədiyini yoxlamaq və s. kimi işlərə dinin baxışı necədir. Allah razı olsun
Cavab:

 Ələykum salam. Naməhrəm və nigaha şəraiti olan qohumla evlilik və qan analizi dini baxımdan icazəlidir. Övladdakı qüsur məsələsi isə, yadla evlilikdə də ola bilir və bunun qohum və yad kimi fərqi yoxdur.

Sual:
(3
1)Qiyamet suresindeki ALLAH qiyamet gunu oz camalini gosterecek ayesinin tefsiri haqqinda zehmet olmasa melumat verin. 2)Resulla Nebi arasinda ferq nedir?
Cavab:

 1. Qiyamət surəsinin 22-23-cü ayələrində sözügedən baxış qəlblə müşahidə haqqındadır. İnsan maddi gözlə Allahı görə bilməz. Çünki, bu göz cismləri görmək üçündür.
2. Rəsul həm mələyi eşidir, həm də görür. Nəbi isə, mələyi yalnız eşidir.

Sual:
(4
Salamun Aleykum.Ilk once size oz tesekkurumu bildirirem bizlere bele serait yaratdiqiniz ucun.Sualim beledir ki,baxiciya baxdirmaq bilirik ki, gunahdir amma onlarin dediyi sozler ve ya verdiyi proqnozlar duzdurmu?
Cavab:

 Ələykum salam. Bəzən düzgün ola bilər. Əgər belə şəxslər sözügedən istedadı İlahi və mənəvi yolla əldə etmişlərsə, onların sözləri düzgün ola bilər. Əgər şeytani yolla əldə etsələr, düz sözləri belə şeytani qüvvələr vasitəsilədir.

Sual:
(5
SALAM SUAL BELEDIR KI ALIMLERIN MUSTEHEB ISLERI OZLERINE VACIB BILMELERININ SEBEBLERI NEDIR ECABA ?
Cavab:

 Ələykum salam. Mənəviyyatı daha da möhkəm etmək üçün bəzi alimlər haqqında daha çox hədislər olan (gecə namazı kimi) müəyyən müstəhəb əməlləri özlərinə vacib edirlər.

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9